Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərərçəkmiş: "Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər"

"Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər".

"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib.

Onun sözlərinə görə, kənd camaatından bütün silahlar alınmışdı: "Ermənilər kənd sakinlərini qırdılar, talanlar edib, evlərə od vurdular. Vaqif Xaçatryan kəndimizin bütün yollarını gözəl tanıyırdı. Kənddə hamı bir-biri ilə qohum idi. Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər. Əvvəldən Badara kəndi ilə münasibətlərimiz pisləşmişdi. Yolumuz onların kəndindən keçdiyi üçün bizi getməyə qoymurdular, çətinliklər yaradırdılar. Ən çox da Vaqifin dəstəsi Meşəli soyqırımında adından söz etdirmişdi. Lakin rus döyüşçülər də var idi".

V.Xaçatryan zərərçəkmişin ifadəsinə münasibət bildirərək həmin hadisələrdə iştirak etməyib.

V.Xaçatryan: Siz deyirsiniz ki, güllə yağış kimi yağırdı. Bəs mənə o güllə yağışından niyə bir güllə dəymədi?

Zərərçəkmiş: Bir gün əvvəldən kənddən bütün silahları yığmışdılar. Siz bizi güllə yağışına tuturdunuz. Təbii ki, güllə yarası ala bilməzsən.

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar