Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail “Əl-Qüds” xəstəxanası yaxınlığına davamlı zərbələr endirir

Fələstin Qızıl Aypara Cəmiyyəti “Əl-Qüds” xəstəxanası yaxınlığında yeni zərbələr endirdiyini bildirib...

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail hava qüvvələrinin Qəzzanın şimalında “Əl-Qüds” xəstəxanası ətrafındakı əraziyə hücumlarının davam etdiyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) dərc edilən bəyanatda bildirilir. Bəyanatda qeyd olunub ki, hərbçilər Qəzzada “Əl-Qüds” xəstəxanasının yerləşdiyi əraziyə davamlı olaraq artilleriya və hava zərbələri endirirlər. Mətndə binanın titrədiyi, qaçqınların və işçilərin qorxu və çaxnaşma içində olduğu vurğulanır.

Qızıl Aypara daha əvvəl bildirmişdi ki, İsrail ordusu personalı, köçkünləri və xəstələri xəstəxananı tərk etməyə məcbur etmək üçün tibb müəssisəsinin binasını qəsdən atəşə tutur. Təşkilat rəhbərliyinin sözçüsü Əbdül Əziz Əbu Aişə bildirib ki, həyatlarını riskə atmadan 12 min köçkünü və 400-dən çox xəstəni, o cümlədən qadın və uşaqları təxliyə etmək mümkün deyil.

BMT nümayəndələri də analoji fikir bildiriblər və qeyd ediblər ki, Qəzza zolağındakı xəstəxanalardan, o cümlədən “Əl-Qüds” xəstəxanasından xəstələrin təxliyyəsi həyata keçirilə bilməz. Onlar münaqişə zonasından xəstələrin həyatını təhlükəyə atmadan təxliyyə etməyin mümkün olmadığını, xəstəxanaların beynəlxalq hüquqla qorunmalı olduğunu vurğulayıblar. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar