Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov - Dosye

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov vəzifəsindən azad edilib....

Xatırladaq ki, Arif Baloğlan oğlu Məmmədov1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib.

2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.

2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Sabiq sədr 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olub.

O həmçinin, 2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb.

Arif Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay