Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçılar Mayk Consonun Baydenə impiçment tətbiq edəcəyinə ümid edir

ABŞ Konqresində Respublikaçılar Partiyasının bir sıra nümayəndələri hesab edirlər ki, Nümayəndələr Palatasının yeni sədri Mayk Conson Kevin Makkarti dövründə dalana dirənmiş dövlət başçısı Co Baydenə impiçment prosesini davam etdirəcək...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“İnanıram ki, Mayk Conson Baydeni impiçment etmək üçün addımlar atmaqdan çox məmnun olacaq və o, bu addımları atacaq. Yeganə sual odur ki, bu nə vaxt olacaq”,, deyə nəşr Tennessi ştatından konqresmen Endi Oqlesdən sitat gətirir.

Konqresmen Marjori Teylor-Qrin də oxşar fikri bildirib. O, Mayk Consonun Co Baydenin impiçmentini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Politico qeyd edir ki, əvvəlki spiker Kevin Makkartidən fərqli olaraq, Mayk Consonun keçmiş prezident Donald Trampın vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan komitələrdə işləmək təcrübəsi var.

Bundan əlavə, Mayk Conson əvvəllər hazırkı dövlət başçısına impiçment elan edilməsinin tərəfdarı olduğunu bildirib.

Mayk Consonun sözçüsü Korinn Day Politico-ya bildirib ki, yeni spiker “faktları izləməyə davam edəcək” və bu impiçment məsələsində Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə tam etibar edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay