Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlı idmançılar hər kəsi aldatdıqları üçün yarışdan uzaqlaşdırıldılar

Çinin Hanju şəhərində keçirilən Para-Asiya oyunlarında iranlı idmançı hər kəsi aldadıb...

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Belə ki, 73 kiloqram çəkidə iştirak edən İranın Milli Cüdo Komandasının üzvü Vəhid Ciddinin görmə əngəlli olmadığı müəyyənləşdirilib.

Onun görmə qabiliyyətinə malik olduğu yarış zamanı hakimlər və nəzarətçilər tərəfindən müəyyən edilib və idmançı yarışdan uzaqlaşdırılıb.

İran mediasının verdiyi məlumata görə, Vəhid Ciddi yarışlardan uzaqlaşdırılan yeganə idmançı deyil. İranın yarışlara göndərdiyi səkkiz cüdoçudan digər ikisinin də yarışlarda iştirak etmələrinə icazə verilməyib.
Görməz və Azgörənlərin İdmanları Federasiyasının sədri Məhəmmədrza Məzlumi bu barədə açıqlama verib.

“Həmin iki idmançı Çinin Hanju şəhərində keçirilən Para-Asiya oyunlarına göndərilmədən öncə Dopinqə Qarşı Dünya Agentliyinin (The World Anti-Doping Agency) İran Şöbəsi tərəfindən yoxlanışdan keçirilib. Bizə bildirdilər ki, hər iki cüdoçu barəsində şübhə var”, - deyə Məzlumi bildirib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay