Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Vəliyev "qara zolağa" düşüb - Biznesinin çökdüyü deyilir

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyev qara zolağa düşüb...

Qaynarinfo xəbər verir ki, rektora məxsus "Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) bağlanandan sonra sahibi olduğu "Oksigen" klinikası məhkəməyə cəlb edilib.

İddiaçı Şərifova Şəbnəm Kamal qızıdır. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Şəbnəm Şərifovanın iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır.

"Oksigen" klinikasının qanuni təmsilçisi Həsənov Füzuli Abbas oğludur. O, eyni zamanda Əhməd Vəliyevin köməkçisidir. Bu fakt klinikanın rektora məxsus olduğu barədə iddiaların əsassız olmadığını göstərir.

"Oksigen" klinikasından əvvəl isə Əhməd Vəliyevin təsisçisi olduğu BSB Tam Orta İnnovasiyalar Məktəbi məhkəməyə verilmişdi.

İddialara görə, bütün bunlar təsadüfi deyil. Hansısa səbəbdən Əhməd Vəliyevin biznes imperiyası çökməyə başlayıb.

Hələ "Muğan Bank" ASC-nin səhmdarları dəyişəndə rektorun biznesində ciddi problemlərin ortaya çıxması barədə mülahizələr səsləndirilirdi.
Məlumat üçün deyək ki, "Muğan Bank"ın səhmdarları bankın lisenziyası ləğv edilməmişdən az öncə dəyişmişdi. Əhməd Vəliyev oğlanları Samir və Munir Vəliyevləri bankın əsas səhmdarlarına çevirmişdi. Bundan az sonra Mərkəzi Bank "Muğan Bank"ın lisenziyası ləğv etdi.

Hazırda "Muğan Bank"la Mərkəzi Bank arasında məhkəmə çəkişməsi gedir. Məlumatlara görə, məhkəmə bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır.

Bəzi iddialara görə, Əhməd Vəliyevin nəzarətində olan digər biznes subyektlərini də oxşar aqibət gözləyir. Hətta "Odlar Yurdu" Universitetinin fəaliyyətini dayandıracağı barədə iddialar var. Bu iddia universitetin akkreditasiya müddətinin bitməsi və yenidən akkreditasiyadan keçməməsi ilə əsaslandırılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar