Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klaar: Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək - Yenilənib

Həqiqətən də, liderlərin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq.

Bu barədə Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

AzərbaycanErmənistan son bir neçə həftə ərzində sülh danışıqlarına, xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi AzərbaycanErmənistan ilə növbəti Sammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk və gözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər”, - qeyd olunub.

***

AzərbaycanErmənistan liderləri bu ay Brüsseldə görüşməyəcək.

APA "Azadlıq Radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə AzərbaycanErmənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar