Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən sonra Rusiya çökə bilər?

Ermənipərəst politoloq Yevgeni Satanovskin deyib ki, Rusiyanın çökmə ehtimalı tezliklə, hardasa 30-cu illərdə baş verəcək...

Politoloq: “Rusiya prezidenti Vladimir Putinin şəxsiyyəti ətrafında mif yaradılır və ölkənin varlığı ondan asılı kimi təqdim edirlər”.

Rusiya siyasi cəhətdən o qədər zəifləyib və Ukraynaya qarşı hərbi təcavüz ölkədə çətin vəziyyət yaradıb. Ona görə də Putinsiz bunun çətin olduğunu vurğulanır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə şərqşünas Yevgeni Satanovskinin Putin haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Politoloq və şərqşünas və eyni zamanda qatı ermənipərəst Yevgeni Satanovski deyib ki, Rusiyanın çökmə ehtimalı tezliklə, hardasa 30-cu illərdə baş verəcək. Satanovski ki, qeyd edib ki, Putin əbədi deyil və o qocalır. Putin hakimiyyəti saxlamaq baxımından çox güclüdür, lakin Putindən sonrakı Rusiya üçün bunu demək çox çətindir.

Yevgeni Satanovskinin səsləndirdiyi bu fikirlər Rusiyada birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.

Satanovskinin fikirləri nə qədər real ola bilər? Həqiqətən, Putindən sonra Rusiya çökə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Vladimir Putin getsə, yerinə praqmatik siyasətçi gələrsə, prorseslər müsbətə doğru gedər”.

Növbəti seçkilər yaxınlaşdıqca Putinin ətrafında belə bir mif yaradıldığını düşünən politoloq bildirib ki, bu kimi fikirlər Rusiyanı bir dövlət olaraq zəif olduğunu göstərir:

Rusiya prezidenti Vladimir Putinin şəxsiyyəti ətrafında mif yaradılır və ölkənin varlığı ondan asılı kimi təqdim edirlər. Bu SSRİ də Stalin olmasa SSRİ məhv olar fikrinin davamıdır. Kremldə bu işlənib hazırlanıb və hələ də davam edir. Vladimir Putinin alternativi olmadığını və onsuz Rusiyanın bütövlüyü sual altında olacağı vurğulanır.

Halbuki, Rusiyanı zəiflədən və Qərbin sanksiyalarına tuş gətirən Putindi. Növbəti seçkilər yaxınlaşdıqca Putin ətrafında belə bir mif yaradılır. Bu kimi fikirlər Rusiyanı bir dövlət olaraq zəif olduğunu göstərir. Dövlət şəxslərdən asılı deyil və belə olduqda onun zəif olduğunun göstəricisidir. Rusiyada belədir. Rusiya siyasi cəhətdən o qədər zəifləyib və Ukraynaya qarşı hərbi təcavüz ölkədə çətin vəziyyət yaradıb. Ona görə də Putinsiz bunun çətin olduğunu vurğulanır.

Hesab edirəm ki, Vladimir Putin getsə, yerinə praqmatik siyasətçi gələrsə, prorseslər müsbətə doğru gedər. Rusiya kimi ölkələrdə isə, liberal şəxsin hakimiyyətə gəlməsi isə, çətindir. Hər halda post-Putin dövrü Rusiyanın parçalanması deyil, müəyyən dərəcədə Qərblə əməkdaşlıq şəkillində mövcud problemlerdən çıxış yolunun tapılması deməkdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar