Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Qurulev: Putinin müxalifəti bu dünyada yaşamamalıdır...

Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Andrey Qurulev Rusiya hakimiyyəti ilə razılaşmayanlara qarşı təhdidlərini davam etdirib...

Poliqon xəbər verir ki, “Rossiya 1” telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində çıxış edən deputat Andrey Qurulev, “Rusiyanın məğlubiyyətini tələb edən” müxalifət “bu dünyada mövcud olmamalıdır”, fikirini səsləndirib. Qeyd edək ki, bir həftə əvvəl, eyni proqramda Qurulev Putinə etibar etməyənlərin təcrid edilməsini və ya məhv edilməsini təklif edib.

Sitat. “Yəni bu müxalifətdir? Bunlar ölkəmizi məğlubiyyətə, onu dağılmağa, məhv etməyə çağıran adamdır. Bu, yəqin ki, müxalifət deyil, düşməndir. Burada əsas açaq söz düşməndir. Gəlin nöqtələri öz yerlərinə qoyaq. Bunlar düşməndir və onlara düşmən kimi baxmaq lazımdır. Yəqin ki, bu gün başqa variantımız yoxdur. Rusiyanın məğlubiyyətini tələb edən bu əclaf bu dünyada olmamalıdır”.

Çıxışı zamanı Qurulev konkret adda çəkib. O, “Exo Moskva” radiosunun keçmiş baş redaktorunu təhqir edərək, Aleksey Venediktovu və onun ətrafını “iy verən zibil” adlandırıb.

Qurulevdən əvvəl Solovyov Venedektov haqqında danışıb. Təbliğatçı internetdə fəaliyyət göstərən “Exo Moskva” radiosunun Liza Lazersonun iştirakı ilə olan qalmaqallı verlişi antisemitizmin təzahürü kimi qiymətləndirib:

“Mən sizə çoxdan demişdim ki, “Exo Moskva” mütləq şər üçün şərait yaradır. Bunu çoxdan demişəm. Mənə inanmadılar, güldülər. Görün, mütləq şərəfsiz və əclaf Venediktov hansı canavarları böyüdüb”, deyə Solovyov qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Ən çox oxunanalar