Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Xankəndi səfəri və “böyük ermənistan xəritəsi”nə rast gəlməsi...

İlham Əliyev seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman “böyük ermənistan xəritəsi”nə rast gəldi...

Politoloq: “Prezidentin Xankəndidə “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük ermənistan. Onu bədbəxt edən bax, budur” deməsi erməni planlarının tam iflasa uğradığını göstərdiyi kimi, həmin xəritədə ərazisi “böyük ermənistanın” bir parçası kimi göstərilən ölkələr üçün də dərs olmalıdır”.

“Bu xəritə bir daha onu göstərir ki, Ermənistanın işğal planı təkcə Azərbaycan topaqları ilə yekunlaşmırdı. İran, İraq, Türkiyə, Suriya, Gürcüstan torpaqları da rəsmi İrəvanın işğal etmək və ya separatçı fəaliyyətlə ələ keçirməyi hədəflədiyi ərazilərdir”.

Bu sözləri politoloq Turan Rzayev Prezident İlham Əliyevin Xankəndi səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bununla da Xankəndi və ətraf ərazilər də Azərbaycan yurisdiksiyasına daxil edildi və ərazi bütövlüyümüz tam bərpa edildi.

Bəs, Prezidentin seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman “böyük ermənistan xəritəsi”nə rast gəlməsi barədə nə demək olar? İlham Əliyevin bu “xəritə”yə verdiyi reaksiya nə məna daşıyırdı?

Prezidentin Xankəndi səfərində verdiyi mesajları Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Həmin xəritəyə diqqətlə baxdıqda Azərbaycanın Xəzər dənizinədək uzanan Qərb və cənub əraziləri, Gürcüstanın bütövlükdə cənub əraziləri, Türkiyənin Şərq əraziləri, İraqın Kürd Muxtariyyətinə məxsus şimal əraziləri, Suriyanın şimal-şərq əraziləri və İranın şimal-qərb ərazilərinin əks edildiyini görmək olar”.

Ermənistanı hər vəchlə müdafiə edən İranın Ermənistanın işğal planına onun ərazilərinin də daxil olmasını görməli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ermənilərin bu planını məhz Azərbaycan iflasa uğratdı:

Prezidentin bu xəritəyə reaksiyası da özünəxas oldu. “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”, Prezident dedi.

Həmin xəritəyə diqqətlə baxdıqda Azərbaycanın Xəzər dənizinədək uzanan Qərb və cənub əraziləri, Gürcüstanın bütövlükdə cənub əraziləri, Türkiyənin Şərq əraziləri, İraqın Kürd Muxtariyyətinə məxsus şimal əraziləri, Suriyanın şimal-şərq əraziləri və İranın şimal-qərb ərazilərinin əks edildiyini görmək olar. Bu xəritə bir daha onu göstərir ki, Ermənistanın işğal planı təkcə Azərbaycan topaqları ilə yekunlaşmırdı. İran, İraq, Türkiyə, Suriya, Gürcüstan torpaqları da rəsmi İrəvanın işğal etmək və ya separatçı fəaliyyətlə ələ keçirməyi hədəflədiyi ərazilərdir.

Ümumiyyətlə, Ermənistan dünyada yeganə dövlətdir ki, öz konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib. Ermənistan Konstitusiyası İstiqlaliyyət Bəyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü iddia edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul edilən İstiqlaliyyət Bəyannaməsində isə bildirilir ki, Türkiyə Respublikasının 6 şərq əyaləti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas “Qərbi Ermənistan” ərazisidir.

Turan Rzayev: “Bu fakt belə özlüyündə Prezidentin rast gəldiyi “böyük Ermənistan xəritəsi”nin bəsit bir xəritə olmadığını göstərir”.

İstiqlaliyyət Bəyannaməsində həm də bildirilir ki, Ermənistan SSR Ali Soveti və “Artsax Milli Şurasının” birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərar əsas götürülür. Bu fakt belə özlüyündə Prezidentin rast gəldiyi “böyük Ermənistan xəritəsi”nin bəsit bir xəritə olmadığını göstərir.

Prezidentin Xankəndidə “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur” deməsi erməni planlarının tam iflasa uğradığını göstərdiyi kimi, həmin xəritədə ərazisi “böyük Ermənistanın” bir parçası kimi göstərilən ölkələr üçün də dərs olmalıdır. Xüsusilə də, Ermənistanı hər vəchlə müdafiə edən İran görməlidir ki, Ermənistanın işğal planına onun əraziləri də daxildir. Bu planı isə məhz Azərbaycan iflasa uğratdı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar