Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresin komitə rəhbəri: Misir hücumdan bir neçə gün əvvəl İsrailə xəbərdarlıq edib

Misir HƏMAS yaraqlılarının amansız hücumu həyata keçirməsindən üç gün əvvəl İsrailə genişmiqyaslı zorakılıqlar barədə xəbərdarlıq edib...

Poliqon xəbər veri ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri, Texas ştatından olan respublikaçı Maykl MakKol deyib...

"Biz bilirik ki, Misir üç gün əvvəl israillilərə belə bir hadisənin baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Gizli təfərrüatlara varmaq istəmirəm, lakin xəbərdarlıq edilib", deyə o, hadisə ilə bağlı qanunvericilərə qapalı kəşfiyyat brifinqindən sonra jurnalistlərə bildirib.

Maykl MakKol həmçinin bildirib ki, hücum hələ bir il əvvəl planlaşdırılıb: "Biz administrasiyadan eşitmişik ki, kəşfiyyatın da uğursuz olduğu görünür. İsrailin bunu necə əldən verdiyini tam başa düşmürük".

Misir rəsmisi həmçinin "The Times of Israel" qəzetinə bildirib ki, onların kəşfiyyat xidməti israilli həmkarlarına şənbə günü gözlənilməz hücumdan əvvəl HƏMAS-ın "böyük bir şey" planlaşdırdığı barədə xəbərdarlıq edib.

Rəsmi xəbərdarlığın baş nazir Benyamin Netanyahunun ofisinə çatmadığını qeyd edib. Netanyahu özü bu barədə onlara xəbərdarlıq edildiyi barədə məlumatı təkzib edərək, bunu "tamamilə yalan" adlandırıb.

Misir hələ ki, erkən xəbərdarlıqla bağlı məlumatları rəsmi şəkildə şərh etməyib. Lakin ölkənin kəşfiyyat xidmətləri ilə yaxın əlaqələri olan Misir mediası çərşənbə günü təhlükəsizlik mənbələrinə istinadən İsrail mətbuatının belə bir xəbərdarlıq edildiyinə dair xəbərlərini təkzib edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar