Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisi müsəlman ölkələrinin İsrailə qarşı birləşməyə çağırıb

İran prezidenti İbrahim Rəisi müsəlman ölkələrinin İsrailə qarşı birləşməsiyə və Fələstinə dəstək verməyə çağıraraq çağırıb...

Poliqon xəbər verir ki, İran prezidenti bu çağırışı Suriya prezidenti Bəşər Əsədlə görüşü zamanı edib. Suriyalı həmkarı Bəşər Əsədlə söhbətində hər iki prezident Fələstin xalqına dəstək üçün müsəlman və ərəb ölkələri arasında yaxınlaşma və əməkdaşlığa çağırıblar. Onlar fələstinlilərin hüquqları nəzərə alınmadan heç bir dünya nizamının formalaşa bilməyəcəyini vurğulayıblar.

Rəisi İsrailin Fələstinə qarşı cinayətlərini pisləyərək deyib:

“Sionistlər bütün beynəlxalq müqavilələrə zidd olaraq Qəzzanı tamamilə mühasirəyə alıblar və yalançı insan haqları iddiaçıları zalım və məzlumların yerini dəyişmək üçün ikili standartlardan istifadə edirlər. Bu gün bütün İslam və ərəb ölkələri və dünyanın bütün azadlıq axtaran insanları sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinə son qoymaq üçün ciddi yaxınlaşma və əməkdaşlığa nail olmalıdırlar. Buna görə də İran İslam Respublikası İslam ölkələrinin liderləri ilə əlaqə saxlamaqla bu koordinasiyaya ən qısa zamanda nail olmağa çalışacaq”.

İran prezidenti çıxışında vurğulayıb ki, bölgədə heç bir yeni nizam fələstinlilərin hüquqlarını nəzərə almadan nəticə verməyəcək.

“Tel-Əviv rejimi indi ən həssas vəziyyətdədir”, deyə Rəisi əlavə edib.

Əsəd də öz növbəsində konsensusun əldə edilməsi prosesini sürətləndirməyə çağırıb. Suriya prezidenti qeyd edib ki, bu məsələdə irəliləyişin olmaması “sionist rejimini Qəzza və fələstinlilərin məzlum xalqına qarşı yeni cinayətlər törətməyə təşviq edəcək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar