Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda biznesmen həbs edildi

"Alyans Biznes”​ MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib...

Poliqon “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda verdini ödəməkdən yayınma) maddəsi ilə açılmış işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb.

Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min 577,25 manat, digər mülki iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat tutulmasını tələb edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş adamına 2 il 6 ay müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il, 2 ay, 14 gün müddətə həbs cəzası verilib.

Cəza təyin edilərkən onun ev dustaqlığında olma müddəti nəzərə alınıb. Həmçinin E.Vahidova qarşı mülki iddialar təmin olunub. Məhkəmə qərar verib ki, dövlət büdcəsinə vurduğu 283 min 383,82 manat pul vəsaiti E.Vahidovdan tutularaq dövlət büdcəsinə keçirilsin.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay