Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyevin Gürcüstan səfəri və verilən mesajlar...

Prezident İlham Əliyev dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər etdi...

Politoloq: “Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri anti-terror əməliyyatından sonra regionda yarana yeni siyasi nizam fonunda həyata keçirildi”.

Prezident Gürcüstana səfəri zamanı Ermənistana da ciddi mesaj verdi. Gürcüstan bu iki dövlət arasında müxtəlif sahələr üzrə danışıqlar evi ola bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə prezident İlham Əliyevin Gürcüstan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərini necə şərh etmək olar? Eyni zamanda, səfər zamanı bölgə üçün verilən mesajları necə dəyərləndirmək olar?

Prezidentin Gürcüstan səfərində verilən mesajları Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan da Gürcüstana səfər edə və Azərbaycanın təklifləri fonunda müzakirələr formalaşa bilər”.

Prezident İlham Əliyevin Qafqaz evi formalaşdırmağı planlaşdırdığını nəzərə çatdıran politoloq bildirib ki, Ermənistanla bütün parametrlərlə danışıqları Tiflisdə etmək üçün təkilfi son dərəcə əhəmiyyətlidir:

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri anti-terror əməliyyatından sonra regionda yarana yeni siyasi nizam fonunda həyata keçirildi. Qərblə Gürcüstan hakimiyyəti arasında siyasi böhran davam edir. Azərbaycanın Gürcüstan hakimiyyətinə dəstəyi və razılaşdırılmış enerji və nəqliyyat planlarının həyata keçirilməsi dayanır. Həmçinin Türkiyə, Azərbaycan və Gürcüstan ortaq hərbi müttəfiqliyi də bu səfərdə müzakirə edilib.

Gürcüstanla Azərbaycan arasında sıx siyasi-enerji əməşdaşlığı davam edir. Həmçinin ümumi Qafqaz evinin formalşaması da gündəmdədir. Prezident İlham Əliyev bu istiqamətdə Gürcüstanla da danışıqlar aparıb. Həmçinin buradan Ermənistana da ciddi mesaj verdi. Gürcüstan bu iki dövlət arasında müxtəlif sahələr üzrə danışıqlar evi ola bilər. Uzaq Brüssel və Moskva deyil, Tiflisdə birgə müzakirələr aparıla bilər. Gürcüstan tərəfi Ermənistanla danışıqlar aparmalı və yeni siyasi nizamda yer almaq üçün Azərbaycanın təkliflərini çatdırmalıdır. Artıq, Rusiyanın da regionda mövqeləri zəifləyir və regionda yeni platforma qurculuğu olmalıdır. Ermənistan prosesə mane olur.

Hesab edirəm ki, Nikol Paşinyan da Gürcüstana səfər edə və Azərbaycanın təklifləri fonunda müzakirələr formalaşa bilər. Bunun üçün imkanlar genişdir. Prezident İlham Əliyev Qafqaz evi formalaşdırmağı planlayır və Ermənistanla bütün parametrlərlə danışıqları Tiflisdə etmək üçün təkilfi son dərəcə əhəmiyyətlidir. Gürcüstanla ikitərəfli əlaqələrdə heç bir problem yoxdur. Bu səfər regionla bağlı idi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar