Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə bu tarixədək 70 yaşı olan arzunu gerçəkləşdirmək istəyir...

Türkiyə "Rosatom" tərəfindən inşa edilən Akkuyu Atom Elektrik Stansiyasının (AES) ilk blokunun 29 oktyabr 2024-cü ildə elektrik enerjisi istehsal etməyə başlayacağını gözləyir...

Poliqon xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar NTV telekanalına müsahibəsində deyib.

"Bizim bir tarix hədəfimiz var. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünə, 29 oktyabr 2024-cü ilə qədər AES-in açılışını istəyirik. 30 min mütəxəssis bu hədəfi yaxınlaşdırmaq üçün çalışır. Son dərəcə vacib məqamdır, biz artıq 70 yaşı olan arzunu gerçəkləşdirəcəyik və bununla da ölkə nüvə enerjisi istehsal edəcəyik", deyə nazir bildirib.

Onun sözlərinə görə, hakimiyyət Akkuyunun dörd blokunun hamısını işə salmağı, o cümlədən Sinop və ölkənin qərbində AES-in tikintisini, əlavə olaraq kiçik modul reaktorların işə salınmasını planlaşdırır.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvada Vladimir Putinlə danışıqlardan sonra onunla Türkiyənin Sinop şəhərində yeni atom elektrik stansiyasının tikintisini müzakirə etdiyini bildirib. Stansiya ölkədə Akkuyu AES-dən sonra ikinci atom elektrik stansiyası olmalıdır. "Rosatom" rəhbəri Aleksey Lixaçev daha əvvəl bildirib ki, Rusiya tərəfi Ankara ilə Türkiyədə ikinci Sinop AES layihəsinin praktiki məsələlərini müzakirə etməyə davam edir.

Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyunun tikintisi Rusiya-Türkiyə birgə ən böyük layihəsinə çevrilib. 1200 MVt gücündə Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə dörd enerji blokunun hamısının istismara verilməsindən sonra hər stansiyanın ildə təxminən 35 milyard kilovat-saat istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır. İlk enerji blokunun işə salınması 2024-cü ilə planlaşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Ərdoğan: Suriyada sülhə xidmət edəcək əlavə addımlar atıla bilər

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Ən çox oxunanalar