Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

31 il sonra meyitinin qalıqları tapılan şəhidin həyat yoldaşı: “Bizim ailə üçün ən böyük hədiyyə oldu”

“Yoldaşım Veysəlin meyit qalıqlarının tapılması xəbəri qızımın ad gününə təsadüf etdi və bu, bizim ailə üçün ən böyük hədiyyə oldu”...

“Report” xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə Qasımova deyib.

Onun sözlərinə görə, V.Qasımov Milli Qəhrəman Riad Əhmədovun ən sevimli döyüşçüsü olub və onunla da birgə itkin düşüb:

“İki azyaşlı uşağımızı mənə əmanət edib döyüşlərə könüllü şəkildə qatıldı. Həyat yoldaşım Veysəl Qasımov çox mərd, vətəninə, ailəsinə bağlı bir vətəndaş idi. Milli Qəhrəman Riad Əhmədova söz vermişdi ki, ya onunla birgə şəhid olacaq, ya da onunla birgə geri dönəcək. Dönüşləri belə oldu... Veysəl ailənin yeganə övladı idi. O, eyni zamanda peşəkar idmançı idi. Sevinirik ki, bizim də digər şəhid ailələri kimi ziyarət etməyə məzarımız olacaq. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.
Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və orada itkin düşüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar