Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ – Ermənistan münasibətləri bölgəyə nələri vəd edir?

İki ölkə arasındakı intensiv gəlişmələrin yeni trend olduğunu yalnız hadisələrin axarını izləməyənlər iddia edə bilər...

Ermənistan müstəqillik əldə etdikdən sonra daim ABŞ-ın diqqət mərkəzində olub və bunu görmək bir o qədər də çətin deyildi.

Məsələn, Ermənistanın hələ SSRİ “sağ ikən” Azərbaycan torpaqlarına iddia etməsi Vaşinqton tərəfindən nəinki neqativ qarşılanmamışdı, əksinə, ABŞ müstəqilliyini əldə etməyə macal tapmadan torpaq iddialarına məruz qalan Azərbaycana qarşı faktiki sanksiya da tətbiq etmişdi.

Və ya götürək elə NATO üzrə ABŞ-ın mühüm müttəfiqi olan Türkiyənin onilliklər boyu “erməni soyqırımının” tanınması ilə təhdid olunmasını və sonda da qondarma soyqırımın tanınmasını.

Nəhayət, Gürcüstandakı, Moldovadakı, Ukraynadakı separatizmə münasibətdə “ərazi bütövlüyünü” önə çəkən Vaşinqtonun erməni separatizminə gəldikdə “xalqların öz müqəddaratını həll etmək” prinsipini də unutmaması.

Çox misallar gətirmək olar, amma bir faktı da əlavə etməklə kifayətlənmək olar: erməni mənbələrinə istinadla verilən rəqəmlərdən aydın olur ki, ABŞ-ın İrəvandakı səfirliyi diplomatik heyətin sayına görə bu ölkənin İraqdan sonra dünyada ikinci böyük diplomatik missiyasıdır.

Elə həmin mənbələr iddia edirlər ki, Ermənistandakı ABŞ diplomatlarının sayı 2.000-2.500 nəfərə çatır. Bu da əhalisinin sayı 3 milyondan da az olan bir ölkədə. Belə şeylər təsadüfən olmur, ola da bilməz, çünki diplomatik korpus saxlamaq olduqca bahalı işdir.

Təsəvvür edək, SSRİ dağıldıqdan cəmi bir il sonra (24 oktyabr 1992) ABŞ Konqresində yeni müstəqil dövlətlərin demokratik və iqtisadi inkişafına yardım məqsədilə qəbul olunan və “Azadlığı Müdafiə Aktı” adlanan qanun 12 postsovet ölkədən yalnız birinə – Azərbaycana dövlət yardımını qadağan edir.

Yəqin ki, Ermənistanın torpaq tələbinə müsbət cavab vermədiyinə görə. Amma bütün bunlara baxmayaraq ədalət naminə onu da qeyd etmək lazımdır ki, həmin qadağaya baxmayaraq ABŞ-la Azərbaycan arasında əlaqələr daim çoxşaxəli və dinamik olub.

ABŞ-ın milli maraqları tələb etdikdə Vaşinqton hər zaman belə davranır. Məsələn, 907-ci düzəlişin yanından, altından və ya üstündən keçən çoxlu yollar tapılır, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən radionun biabırçı şəkildə qapadılmasını görünmür və s.

Odur ki, bütün olanları dramatikləşdirməyə ehtiyac yoxdur və qayıdaq ABŞ-Ermənistan münasibətlərindəki bugünkü coşğuya. Əslində yuxarıda qeyd etdiyim kimi, heç onlar da bugünkü deyil, sadəcə bu gün özünün kulminasiya nöqtəsinə və ya suların durumlması mərhələsinə çatmaqdadır.

Elə həmin səbəbdən də təbii sual meydana çıxır ki, əcəba, Vaşinqton İrəvanın nəyinə və harasına aşıq olub ki, tarixin keşməkeşli hadisələrlə dolu bir dönəmində “atları dəyişməyə” qərar verir? Doğrudanmı ABŞ esteblişmenti Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir?

Yox, bunun mümkünlüyünü düşünməmək üçün heç siyasətçi olmağa da ehtiyac yoxdur. Bəlkə ABŞ-da düşünürlər ki, Ermənistan üzərindən bölgə ölkələrinin siyasətinə təsir etmək, onların arzu olunan istiqamətə yönəltmək mümkün olacaq?

Xeyr, ABŞ siyasətçiləri bu qədər sadəlövh deyillər, siyasəti planlaşdıran beyin mərkəzləri haqqında isə heç söhbət də gedə bilməz.

Əlbəttə ki, Vaşinqton özünün Ermənistan siyasətinin konturlarını çoxdan cızıb – böyük heyəti olan səfirliyini açanda.

Amma həmin siyasətin aktiv elementlərini yalnız 2018-ci ildən etibarən reallaşdırmağa başlayıb. Adsız doğulub beləcə də adsız qalmış inqilab Nikol Paşinyanı hakimiyyətə gətirəndən sonra. Bir qədər də dəqiqləşdirsək, 2021-ci ildən.

Başqa sözlərlə desək, bölgədəki geosiyasi durumu əsaslı şəkildə dəyişən 44 günlük müharibədən sonra. ABŞ-ın hal-hazırda Cənubi Qafqazda atdığı addımlar heç də spontan deyil və bu ölkənin siyasətində spontan addımlar ümumiyyətlə atılmır.

Çünki ölkənin özü və onun siyasəti bünövrədən belə qurulub. Sadəcə indiki halda müharibəni uduzmuş, üzərindəki “Dağlıq Qarabağ” adlı ağır yükü atmış və 200 illik “əbədi” himayədarını itirmiş Ermənistan Cənubi Qafqaza gətirən ən optimal yola çevrilib.

ABŞ siyasəti isə bundan yararlanmaya bilməz. Amma bir məqam da var ki, istər coğrafi mövqeyi, istər təbii, istərsə də insan resursları baxımından Ermənistan bölgədə vəziyyəti diqtə edən tərəfə çevrilə bilməz. Vaşinqton mətbəxlərində də belə məsələləri hamıdan yaxşı anlayırlar.

Odur ki, ABŞ-Ermənistan münasibətlərində bu gün baş verənlər aysberqin görünən çox kiçik bir hissəsidir. Aysberqin kiçik bir hissəsi görünürsə demək, onun özü də mövcuddur. Onu tapmaq üçün isə ABŞ-ın Cənubi Qafqaz siyasətinin mümkün məqsəd və prioritetlərini nəzərdən keçirməliyik. Bu haqda da yazının davamında…

Ərəstun Oruclu, politoloq

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar