Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni media mühitində uşaq hüquqları” mövzusunda tədbirlər keçirilib - Fotolar

“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda Bakı və Mingəçevir şəhərlərində tədbirlər keçirilib...

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər təşkili” adlı layihə çərçivəsində icra olunub.

AJHK İB Mətbuat Xidmətindən bildirilib ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Murad Ələsgərli bildirib ki, uşaqlar haqqında məlumat hazırlamağın prinsiplərini ehtiva edən nəzəri fikirlər mövcuddur. Bu prinsiplər Jurnalistlərin Etik Davranış Kodeksində, “Media haqqında” qanunda, digər normativ hüquqi aktlarda və beynəlxalq sənədlərdə öz əksini tapıbdır: “Amma internet informasiya resurslarının inkişafı, yeni media mühitinin formalaşması uşaqlar haqqında informasiya yayımaq şərtlərinə yenidən baxılması zərurətini yaradır. İcra edəcəyimiz layihə rəqəmsal media mühitində uşaqlar haqqında informasiya yayımının şərtlərinin araşırılmasını və modern nəzəri fikirlərin Azərbaycan auditoriyasına çatdırılmasını ehtiva edir”.

Murad Ələsgərli qeyd edib ki, layihə üç ay müddətində davam edib: “Bu müddət ərzində uşaqlar haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılıb. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdirilərək, məqalə halına salınıb, KİV-lərdə dərc edilib. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarlar keçirilib”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar