Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TDT-yə üzv dövlətlərin kənd təsərrüfatı nazirləri Bakıda kommünike imzalayıblar

“Türk Dövlətlərinin kənd təsərrüfatı nazirləri platforması Azərbaycanın təşkilata iki il müddətində sədrlik etdiyi dövrdə aqrar sahədə üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədilə bizim təşəbbüsümüz əsasında yaradılıb”...

APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin 2-ci iclasında bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı üzrə məsul nazirlərin ilk iclası Özbəkistanda, ikinci iclası isə Bakıda təşkil olunub.

“Biz kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə təşkilata üzv dövlətlərlə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və suyun səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib. Bütün bu qeyd etdiyim istiqamətlər bugünkü iclasımızın sonunda həmkarlarımla birgə imzaladığımız kommünikedə öz əksini tapıb.

Bununla yanaşı, biz Azərbaycan tərəfi olaraq türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı (“OTS-Made”) kimi ideyalarımızı və təkliflərimizi TDT-yə üzv ölkələrə təqdim etdik və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə olundu. Maraqlı təkliflərimizdən biri də TDT ölkələrinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi idi. Rotasiya qaydasında ölkələrimiz arasında dəyişərək hər dəfə yeni şəhərlər bu statusu qazanmaq imkanı əldə edəcək və bu adı iftixar hissi ilə daşıyacaq”, - deyə nazir əlavə edib.

Poliqon.info


Etiket: TDT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Ən çox oxunanalar