Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvandan Azərbaycan və Türkiyə liderlərinin dünyaya verdikləri mesajlar...

Dünən Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etdi və prezident İlham Əliyevlə görüşdü...

Politoloq: “Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Ankara-Bakının strateji müttəfiqliyini, Şuşa bəyannaməsinə sadiqliklərini və bütün istiqamətlər üzrə birgə hərəkət etdiklərini və rəsmi Bakının əsas tərəfdaşının Ankara olduğunu bir daha nümayiş etdirdi, bəyan etdi”.

“Türkiyə prezidenti ilə müzakirələr Azərbaycan-Ermənistan müzakirələrin növbəti raundundan əvvəl baş tutması da mühümüydü, bu Ankaranın Bakının mövqeyinin nəzərə alınması ilə bağlı güclü mesajı oldu”.

Bu sözləri politoloq Zaur İbrahimli Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər etdi və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Bu görüşü necə xarakterizə etmək olar? Naxçıvandan Azərbaycan və Türkiyə prezidentlərinin dünyaya verdikləri mesaj nədən ibarət idi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycanın Qarabağ bölgəsində terrorçulara qarşı keçirilən lokal antiterror əməliyyatlarından dərhal sonra prezident Ərdoğanın Naxçıvana gəlməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində qətiyyətli və güzəştsiz mövqeyni bir daha diqqətə çatdırdı”.

Bu səfər, danışıqlar və verilmiş bəyanatlar Azərbaycan-Türkiyə ittifaqının yaxın gələcək üçün viziyonu, strategiyasının əsas məqamlarını da diqqətə çatdırdığını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılmasını gündəlikdə saxlayırlar və bu istiqamətdə birgə çalışacaqlar:

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Ankara-Bakının strateji müttəfiqliyini, Şuşa bəyannaməsinə sadiqliklərini və bütün istiqamətlər üzrə birgə hərəkət etdiklərini və rəsmi Bakının əsas tərəfdaşının Ankara olduğunu bir daha nümayiş etdirdi, bəyan etdi. Xüsusən, Azərbaycanın Qarabağ bölgəsində terrorçulara qarşı keçirilən lokal antiterror əməliyyatlarından dərhal sonra prezident Ərdoğanın Naxçıvana gəlməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində qətiyyətli və güzəştsiz mövqeyni bir daha diqqətə çatdırdı.

Bu səfər, danışıqlar və verilmiş bəyanatlar Azərbaycan-Türkiyə ittifaqının yaxın gələcək üçün viziyonu, strategiyasının əsas məqamlarını da diqqətə çatdırdı. Bakı və Ankara Zəngəzur dəhlizinin açılmasını gündəlikdə saxlayırlar və bu istiqamətdə birgə çalışacaqlar. Regionda kommunikasiyaların açılması üçün Azərbaycan və Türkiyə koordinasiyalı çalışacaqlar, regiona kənar ölkələrin müdaxiləsi və xüsusi imtiyazlara iddia etməsi qəbul edilməyəcək. Rusiya Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi ilə əlaqədar məsələləri nəzərə almalıdır.

Ermənistan Türkiyə ilə əlaqələri o zaman normallaşdıra bilər ki, Azərbaycanla razılıq əldə olunsun. Türkiyə prezidenti ilə müzakirələr Azərbaycan-Ermənistan müzakirələrin növbəti raundundan əvvəl baş tutması da mühümüydü, bu Ankaranın Bakının mövqeyinin nəzərə alınması ilə bağlı güclü mesajı oldu. Həmçinin, Naxçıvanın Türkiyənin təhlükəsizlik çətri altında olmadı faktı da bir daha bəyan edilmiş oldu”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar