Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan İlham Əliyevlə görüşmək üçün niyə məhz Naxçıvana gəlir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana gəlir...

Politoloq: “Sayın Ərdoğan bununla göstərmək istəyir ki, Azərbaycanın Qərb vilayəti ilə Naxçıvan ərazisindəki əlaqəni təmin edilməsi yüksək əhəmiyyətə malikdir. Buna görə də, nəyin hesabına olur-olsun biz bunu təmin edəcəyik”.

“Naxçıvanın ən simvolik tərəfi oranın Türkiyə üçün də əhəmiyyətli olan haqqını göstərməkdir. Bu səbəbdən də “Zəngəzur dəhlizi”nin açılmasının vacibliyi bir daha vurğulanır”.

Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə prezidentinin Naxçıvan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana gəlir. O, Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcək. Məlumata görə, liderlər sentyabrın 19- da keçirilmiş anti-terror tədbirlərinin nəticəsini müzakirə edəcək və Zəngəzur dəhlizi barədə danışacaqlar.

Bəs Ərdoğan İlham Əliyevlə görüşmək üçün niyə məhz Naxçıvana gəlir və verilən mesaj nədən ibarətdir?

Ərdoğanın Naxçıvan səfərində verəcəyi mesajları Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Bu səfərlə Rəcəb Tayyib Ərdoğan Naxçıvan üçün bəzən sarsaq fikirlər söyləyən erməni dairələrinə də cavab vermiş olur”.

Vasif Talıbovun dövründə Naxçıvanın həm Azərbaycanda, həm də Türkiyədə çox böyük sarsıntıya səbəb olduğunu vurğulayan politoloq Poliqon- açıqlamasında qeyd edib ki, indi Türkiyə prezidentinin Naxçıvana gəlməsi ilə mesajın ünvanının bu diyarın bütün türklər üçün müqəddəs yer və müqəddəs torpaq olmasıdır:

“Mənim zənnimcə, Türkiyə prezidentinin Naxçıvana gəlməsi 1923-cü ilin 5 mayında imzalanmış Qars müqaviləsi ilə bağlıdır. Bu Türkiyənin Naxçıvan üçün zəmanətçi ölkə olduğunu bir növ göz önünə sərir. Eyni zamanda bu səfərlə Rəcəb Tayyib Ərdoğan Naxçıvan üçün bəzən sarsaq fikirlər söyləyən erməni dairələrinə də cavab vermiş olur.

Üstəlik də, açığın demək lazımdır ki, Vasif Talıbovun dövründə Naxçıvan həm Azərbaycanda, həm də Türkiyədə çox böyük sarsıntıya səbəb olub. İndi Türkiyə prezidentinin Naxçıvana gəlməsi ilə mesajın ünvanı odur ki, bu diyarın bütün türklər üçün müqəddəs yer və müqəddəs torpaqdır. Bu torpağa bizim də mənəvi haqqımız çatır. Naxçıvanda hər hansı qanundan kənar halların baş verməsi əlbəttə ki, qəbuledilməzdir.

Qeyd edim ki, Naxçıvanın ən simvolik tərəfi oranın Türkiyə üçün də əhəmiyyətli olan haqqını göstərməkdir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılmasının vacibliyi bir daha vurğulanır. Çünki sayın Ərdoğan bununla göstərmək istəyir ki, Azərbaycanın Qərb vilayəti ilə Naxçıvan ərazisindəki əlaqəni təmin edilməsi yüksək əhəmiyyətə malikdir. Buna görə də, nəyin hesabına olur-olsun biz bunu təmin edəcəyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar