Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda hicab taxmaqdan imtina edənlərə 10 ilə qədər həbs cəzası veriləcək

İran parlamenti İslami geyim qaydalarını pozmağa görə 10 ilə qədər həbs və cərimə nəzərdə tutan “Hicab və iffət haqqında” qanun layihəsini qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qanun layihəsinin lehinə 152, əleyhinə 34 deputat səs verib, 7 deputat bitərəf qalıb. İndi qanunu Qəyyumlar Şurası - konstitusiya nəzarəti orqanı təsdiq etməlidir, bundan sonra tam hüquqlu qanuna çevriləcək.

Sənəd təsdiq olunarsa, qanunu pozduqlarına görə qadınlar 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə və 3651-7302 dollar məbləğində cərimə ilə cəzalandırılacaq.

Qanun layihəsində həmçinin KİV-də və sosial şəbəkələrdə “çılpaqlığı təbliğ edən” və ya “hicaba istehza edən” şəxslərin, habelə qadın sürücü və ya sərnişinin hicabsız və ya uyğun geyimdə olmadığı nəqliyyat vasitələrinin sahiblərinin cərimələnməsi nəzərdə tutulur.

“Mütəşəkkil şəkildə” və ya “xarici və ya düşmən dövlətlər, kütləvi informasiya vasitələri, qruplar və ya təşkilatlarla əməkdaşlıq edərək” geyim tərzinin pozulmasına yardım edən hər bir şəxs 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Səlahiyyətlilər qadınları və qızları İslami geyim tərzinə qayıtmağa məcbur etmək üçün 10 illik həbs müddəti perspektivinə ümid edir. "Hicab və iffət haqqında" qanunun ilkin olaraq üç il müddətində qüvvədə olacağı gözlənilir və onun effektivliyindən asılı olaraq, daimi əsasda tətbiq oluna bilər.

İran qanunlarına görə, bu gün həddi-büluğa çatmış qadınlar və qızlar saçlarını hicabla örtməli, bədənlərini gizlətmək üçün uzun, boş paltarlar geyinməlidirlər. Qadınlara uyğun olmayan görünüşə görə cərimələr kəsilir. Həmçinin, qadınlar polis tərəfindən saxlanıla bilər.

Poliqon.info


Etiket: İran Qanun Hicab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar