Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Aİ-dən narazıdır - Xüsusi qətnamə qəbul ediləcək

Varşava Avropa İttifaqının miqrantların bölüşdürülməsi planlarına cavab olaraq xüsusi miqrasiya qətnaməsi qəbul edəcək...

Polşanın Baş naziri Mateuş Moravetski yeni seçki videoçarxında bildirib ki, ölkə hakimiyyəti Avropa İttifaqının miqrantların bölüşdürülməsi planlarına cavab olaraq xüsusi miqrasiya qətnaməsi qəbul etməyi planlaşdırır.

Poliqon xəbər verir ki, Baş nazir bu qətnamədə Polşa hakimiyyətinin qeyri-qanuni miqrasiyadan imtina etdiyini göstərəcəyini bildirib.

“Biz bunu etməliyik, çünki Avropa Komissiyasının rəhbəri Lampeduzaya səfərindən sonra Avropa üçün daha bir fəlakətli plan elan etdi”, deyə Baş nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 16-da İtaliyanın baş naziri Corciya Meloni Avropa İttifaqından ölkəyə miqrant axınının azaldılmasına kömək etməyi xahiş edib. O, Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Şimali Afrikadan minlərlə miqrantın qayıqla gəlməsi ilə əlaqədar baş verən fövqəladə vəziyyəti görmək üçün İtaliyanın Lampeduza adasına şəxsən baş çəkməyə dəvət edib.

Sentyabrın 14-də qeyri-qanuni miqrantların sayının yerli sakinlərin sayından çox olduğu İtaliyanın Lampeduza adasının hakimiyyət orqanları miqrantlarla polis arasında iğtişaşlar baş verdiyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ən çox oxunanalar