Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Poliqon-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri- Samir Məmmədov, Rəşad Abdullayev, Azər Mahmudov, Qurbani Allahverdi, Elçin Hacıyev və Şöhrət Xudiyev narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar