Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran xarici siyasətinin böhranı - Video

Bir müddət əvvəl beynəlxalq münasibətlər üzrə tanınmış İran alimi Möhsün Cəlilvənd mətbuata açıqlamasında İran xarici siyasətinin dəqiq, sistemli və strateji proqramlara malik olmadığını vurğulayıb...

O qeyd edib ki, İran xarici siyasətinin əsas problemi xarici siyasətin özünün olmamasıdır:

İran İslam Respublikası istər regional, istərsə də qlobal səviyyədə yalnız xarici əlaqələrlə kifayətlənir. Yəni xarici siyasət xarici əlaqələr səviyyəsinə endirilib”.

Son bir neçə ay ərzində İran hakimiyyətinin xarici siyasət sahəsində üzləşdiyi və onun üçün xoşagəlməz olan sürprizlər ekspertin bu sözlərinin həqiqət olduğunu təsdiqləyib. Misal üçün, İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında mübahisəli ərazi kimi tanınan üç ada - Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları məsələsinə İranın özünə yaxın dost və müttəfiq bildiyi ölkələrin son dönəmdə göstərdiyi münasibəti qeyd etmək olar.
Belə ki, ötən ilin sonlarında Çin Xalq Respublikasının sədri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən Çin-Körfəz Əməkdaşlıq Şurası sammitinin bəyanatında faktiki olaraq adalar məsələsində BƏƏ-yə dəstək ifadə edən bənd əksini tapıb.

Bu il iyulun 10-da Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoqun xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilmiş 6-cı iclasının birgə bəyanatında da analoji bənd yer alıb. Hər iki sənədin altında İranın strateji müttəfiqi sayılan Çin və Rusiya rəsmilərinin imzasının olması Tehranda ciddi narahatlıq doğurub, lakin İran hakimiyyətinin cavabı xarici işlər nazirinin sosial şəbəkələrdə status paylaşmasından, XİN sözçüsünün ümumi səciyyəli açıqlamasından və qeyd olunan ölkələrin səfirlərinin XİN-ə dəvət olunmasından uzağa getməyib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Ən çox oxunanalar