Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” beynəlxalq mükafata layiq görüldü

“Nar”ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb...

“Nar”ın mükafata layiq görülən layihəsi - “Azərbaycan işarə dilində ilk elektron lüğəti - jestdili.az” 30 mindən çox nitq və eşitmə məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır. Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləri toplanıb. Jestdili.az resursundan istifadə etməklə nitq və eşitmə məhudiyyətli şəxslər və onların yaxınları heç yerə getmədən və müəllim olmadan, onlayn qaydada jest dilini öyrənə bilərlər.

Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. “Nar” ilə yanaşı, qaliblər arasında “Türk Telecom”, “Shell”, “Toyota”, “SOCAR Türkiye”, “Hyundai”, “MasterCard” kimi dünya miqyaslı şirkətlərin layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. “Nar” yüzlərlə şirkətlərin içərisindən qalib seçilərək bu mükafata layiq görülən ilk Azərbaycan şirkəti olub.

“Nar”ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkət tərəfindən qazanılmasından qürur duyduğunu bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağımız baxımından xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi bizim doğru yolda olduğumuzu göstərir”.

Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA, International Public Relations Assosication) 1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib. Assosiasiya 1983-cü ildən BMT və alt qurumları ilə sıx əməkdaşlıq edir və layihələri qiymətləndirərkən BMT-nin Davamlı İnkişaf Hədəflərini də (SDG – Sustainable Development Goals) əsas götürür.
“Nar” BMT Qlobal Sazişinə qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strategiyasını bu hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi də BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata keçirilib. Layihə “Karlara Dəstək” və “Regional İnkişaf” ictimai birlikləri ilə tərəfdaşlıq nəticəsində ərsəyə gəlib.

“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Xoşbulaq kəndinə ildırım düşüb, elektrik xətti sıradan çıxıb

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Ən çox oxunanalar