Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏGF Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yaydı

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov son zamanlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi provokasiya aktlarını pisləyən bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycanın Qarabağ ərazisində Ermənistan tərəfindən dəstəklənən qondarma rejimin "seçiklərin"in keçirilməsi kəskin pislənilir və beynəlxalq hüququn normalarının pozulması kimi dəyərləndirilir.

Ermənistan davamlı olaraq Qarabağda separatçı rejimə dəstək göstərməklə regionda sülhün və erməni əhalisinin Azərbaycana reinteqrasiya olunması prosesinə mane olur və bu səbəbdən İƏGF Avrasiya Regional Mərkəzi Qarabağ ərazisindən Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin çıxarılmasını tələb edir.

Bəyanatda, o cümlədən Ermənistanı dərhal Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn qeyri-qanuni fəaliyyətlərə son qoymağa və regionda sülh prosesinin əldə edilməsi üçün Azərbaycanla diplomatik münasibətlərin qurulması prosesində iştirak etməyə çağırış öz əksini tapıb.

İƏGF Avrasiya Regional Mərkəzi idarə heyətinin sədri eləcə də İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü qeyri-qanuni fəaliyyətləri pisləməyə çağırıb.

Poliqon.info 


 
 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar