Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın Füzulidə inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzinin açılışı dekabra planlaşdırılır

"Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi davam etdirilir, tikinti işləri 60 faiz yerinə yetirilib".

Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

"Açılış bu ilin dekabrına planlaşdırılır. Bu mərkəz uşaqları vokal, musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və video çəkiliş kimi təlim sahələrinə yönəldəcək. Bundan əlavə, xalçaçılıq, dulusçuluq və s. kimi sənətkarlıq növləri üzrə təlimlər keçiriləcək”, - nazir müavini bildirib.

R.Vasilenko əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi kimi, bu mərkəz Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsi olacaq.

Qeyd edək ki, bu ilin martında işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın vəsaiti hesabına tikiləcək bu mərkəzin təməlqoyma mərasimi olub.

Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması AzərbaycanQazaxıstan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcı gənclərin formalaşması və regionda incəsənət təhsilini inkişaf etdirmək məqsədi daşıyır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay