Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tayland kralı keçmiş Baş nazirin həbs cəzasını yüngülləşdirib...

Tailand kralı X Rama keçmiş Baş nazirin həbs cəzasını bir ilə qədər azaldıb...

Tailand kralı Maha Vajiralonqkorn (Rama X) keçmiş Baş nazir Taksin Şinavatranın həbs müddətini səkkiz ildən bir ilə endirmək qərarına gəlib.

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

“Əlahəzrət kral əfv fərmanı verdi. O, baş nazir olub, ölkəni idarə edib, ölkənin və xalqın inkişafına töhfə verib, eyni zamanda monarxiya institutuna sadiq olub”, deyə sənəddə deyilir.

Qeyd edək ki, Şinavatra 2001-2006-cı illərdə Taylandın Baş naziri olub. O, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında olarkən quru qoşunlarının Baş komandanı Sonta Bunyaratqlinin başçılıq etdiyi bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib. Şinavatra xaricdə qalıb. O, 2008-ci ildə məhkəmə qarşısına çıxmaq üçün Taylanda qayıdıb və həbs edilib, lakin zaminə buraxılıb. Daha sonra siyasətçi nəhayət ölkəni tərk edib.

2008-ci ildə məhkəmə Şinavatranı dövlət torpaqlarını almaq səlahiyyətini aşdığına görə qiyabi olaraq iki il həbs cəzasına məhkum edib. 2019-cu ilin aprelindən o, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və korrupsiyaya görə müxtəlif həbs müddətlərinə məhkum edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar