Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TIR-larımızın qarşısını kəsən ermənilərin kimliyi bilindi - Yenilənib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi iki yük maşını (40 ton) həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməsinin qarşısını almaq üçün toplaşan bir qrup erməninin kimliyi üzə çıxıb...

Poliqon Axar.az-a istinadla xəbər verir ki, rus sülhməramlıların Ağdam-Xankəndi yolundakı postuna yaxınlaşan ermənilər ora rusiyalı milyarder, bir müddət öncə xüsusi missiya ilə Xankəndiyə göndərilmiş Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın (“Qarabağ Təhlükəsizlik və İnkişaf Cəbhəsi”) üzvləridir və bura təşkilatın təşəbbüsü ilə (Vardanyanın tapşırığı ilə - red.) gəliblər. Başqa sözlə desək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin TIR-larının Xankəndiyə daxil olmasına qarşı aksiyanı Vardanyan keçirir.

Bildirilib ki, əraziyə toplaşan onlarla erməni gənc artıq çadırlar qurmağa başlayıb, gecə-gündüz növbə çəkməyi düşünürlər.

Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan erməni mediasına deyib ki, erməni silahlı dəstəsi də məntəqənin ərazisindədir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Xankəndiyə iki TIR humanitar yardım göndərib. Yardıma 40 ton un məmulatları daxildir. Hazırda yardım daşıyanlar Ağdam-Xankəndi yolundadır və humanitar yardım gətirdikləri ilə bağlı Rusiya sülhməramlılarını məlumatlandırıblar.

Humanitar yardım aparanların bu gün çadır quraraq, rus sülhməramlı postunun önündə qalacaqları bildirilir.

 

***

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar.

Bu barədə “Report”un əraziyə ezam olunan əməkdaşı xəbər verir.

Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.

Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Ən çox oxunanalar