Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Laçından verdiyi mesajlar ünvanlara çatdı?

Prezident İlham Əliyev Laçında Ermənistan və onun havadarlarına mesajlar ünvanladı...

Politoloq: “Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması günü ilə bağlı bu rayona səfəri və verdiyi mesajlar xüsusi siyasi əhəmiyyət kəsb edir”.

Prezident Azərbaycana Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq üçün təzyiqlərin davam etdiyini vurğuladı. Amma, ölkə başçısı əminliklə belə bir təzyiqlərin nəticə verməyəcəyini və Laçın yolundan qanunsuz keçidə icazə verilməyəcəyini bildirdi”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə prezident İlham Əliyevin Laçın səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər etdilər. Səfər çərçivəsində bir sıra vacib infrastruktur, sosial və digər obyektlərin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyevin Ermənistan və onun havadarlarına verdiyi mesajlar ünvanlarına çatdı?

Prezidentin Laçında verdiyi mesajları Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Laçında Prezident tərəfindən verilən mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz”.

Prezident Fransa və Ermənistana ciddi mesajlar verdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hər iki ölkə Azərbaycana maksimum təzyiqlər edib, Laçın yolunda NBM götürülməsi üçün çalışır:

Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması günü ilə bağlı bu rayona səfəri və verdiyi mesajlar xüsusi siyasi əhəmiyyət kəsb edir. İlk növbədə Laçın Ermənistanla sərhəd rayonudur və buradan ermənilərin istifadəsi üçün yol var.

Həmçinin Laçında NMB qurulub. Bir növ Laçın NBM sərhədlərimizin tam bərpasıdır. Bunu cənab Prezident xüsusi qeyd etdi. Prezident Azərbaycana Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq üçün təzyiqlərin davam etdiyini vurğuladı. Amma, ölkə başçısı əminliklə belə bir təzyiqlərin nəticə verməyəcəyini və Laçın yolundan qanunsuz keçidə icazə verilməyəcəyini bildirdi. Bu, Fransa və Ermənistana ciddi mesajdır. Hər iki ölkə çalışır ki, Azərbaycana maksimum təzyiqlər edib, Laçın yolunda NBM götürülsün. Faransa BMT TŞ qətnamə çıxaracaq. Eyni zamanda Paris Qarabağa Laçın yolundan humanitar yük göndərəcəyini də açıqlayıb.

Amma, Laçında Prezident tərəfindən verilən mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz. Bu ümummilli məsələdi və dövlətin ərazi bütövlüyü çərçivəsində məsələdir. Azərbaycana qarşı bu yoldan heç kim təxribatlar üçün istifadə edə bilməz. Həmçinin, İlham Əliyev Azərbaycanın reinteqrasiya siyasətində qərarlı olduğunu və buna Ermənistan, Fransanın mane ola bilməyəcəyini mesajını verdi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar