Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda klassik avtomobillərin sərgisi keçirilib - Fotolar

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin sərgisi keçirilib.

Poliqon.info xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.

Sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan Ford Model A markalı maşın olub.

Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzi istiqamətinədək yürüş edəcəklər.

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada da sərgisi təşkil olunacaq. Tamaşaçılara həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.

Əyləncə proqramına müsabiqələrin, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.

Fotolar

Poliqon.info 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar