Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda selə qarşı mübarizə tədbirləri görülür

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər görülür...

“APA-Economics” Meliorasiya və Su Təsərrüfatı ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda rayon ərazisindən axan əksər çaylarda məcra təmizləmə işləri aparılır. ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, bu il bir-neçə dəfə yağan güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunub.

2023-cü ildə suvarmanı mütəşəkkil həyata keçirmək üçün İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 134 min m3 suvarma kanallarının lildən təmizlənməsi və 221 min m3 çay yatağının təmizlənməsi işləri həyata keçirilib, beton kanallarda 1.5 km cari təmir işləri görülüb.

Bundan başqa, 11 ədəd hidrometrik post və 10 ədəd subartezian quyuları cari təmir olunub. Su itkisinin qarşısının alınması üçün isə hər il torpaq məcralı kanallar beton üzlüyə alınır.

Hazırda İsmayıllı rayonunda suvarma mövsümü uğurla aparılır. Artıq taxıl suvarılaraq biçini yekunlaşıb. Digər kənd təsərrüfatı bitkiləri, o cümlədən meyvə bağlarının suvarılması isə davam edir. Fermerlər sahələrini suvarmaq üçün suvarma suyu ilə vaxtında təmin olunduqlarını bildirirlər.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9000 hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı su anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çay vasitəsilə həyata keçirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar