Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Dövlət Universitetinin professorları orta məktəb müəllimlərindən az maaş alır?

Gəncə Dövlət Universitetinin müəllimləri Elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək maaşlarının azlığından şikayət ediblər...

Poliqon xəbər verir ki, onlar maaşlarının artırılmamasına görə, universitetin rektorunu günahlandırırlar:

“Bizim universitet özü-özünü maliyyələşdirir. Universitetin rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat, laborant heyəti isə 250-300 manat həddində maaş alır. Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq? Texnologiya Universitetində saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb. Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir. Siz Təhsil Nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim???

Bəs bu müəllimlər kimə dərdlərini desinlər nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə??? Artıq müəllimlər dilənmək zorundadır. Az miqdarda verilən məzuniyyət pulunu da heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq. Bəs, bizim istirahət hüququmuz yoxmudur, biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə gedək. Necə olur ki, bizim hazırladığımız elmi dərəcəsi olmayan orta məktəb müəllimləri bizdən alimlərdən çox maaş alır?..”

Universitetin də mövqeyini dərc etməyə hazırıq. (AzToday.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar