Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxsə ittiham irəli sürülüb

Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən “Lilo Mall”da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, “Lilo Mall” MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Nəzərə çatdırılıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisə baş verən gün saxlayıblar. Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu qeyd olunub.

Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar