Ukrayna maaş və sosial yardım üçün ABŞ-dan 1,25 milyard dollar alıb...
Poliqon xəbər verir ki, bu barədə Ukrayna hökuməti rəsmi telegram kanalında açıqlayıb. Məlumatdabildirilir ki, Ukrayna höküməti ABŞ-dan maaş və sosial yardımı ödəmək üçün 1,25 milyard dollar qrant alıb.
“Amerika Birləşmiş Ştatlarından Ukraynanın dövlət büdcəsinə Dünya Bankının bir çox donorlarının trast fondu vasitəsilə 1,25 milyard ABŞ dolları məbləğində qrant ayrılıb”, deyə xəbərdə deyilir.
Qeyd olunur ki, Amerikanın Ukraynadakı vəsaiti fərdi sosial yardım proqramları və digər sosial müavinətlər çərçivəsində dövlət qurumlarında maaşlar üçün büdcə xərclərinin ödənilməsinə yönəldilir.
Poliqon.info