Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir Robinzon - Aylarla okeanın ortasında çiy balıq yeyərək yaşamağa çalışdı...

Avstraliyalı dənizçinin iti ilə birlikdə aylarla dənizin ortasında qalmasından sonra xilas edilməsi son günlərin ən çox yazılan mövzularından olub.

54 yaşlı Timoti Lindsey Şaddok xilas edildikdən sonra ilk dəfə danışıb və "necə sağ qaldın?" sualına cavab verbi.

Poliqon xəbər verir ki, beynəlxalq xəbər agentliklərinə danışan Şeddokun xilas edilməsinin görüntülərini oxucularına təqdim edib.

2 ay dənizin ortasında xilas olmağını gözlədi

Dünyanın haqqında danışdığı avstraliyalı dənizçinin Meksikanın La Paz şəhərindən Fransız Polineziyasına səyahətə çıxarkən qayığı fırtına nəticəsində ciddi şəkildə zədələnib və həyatı kabusa çevrilib.

İki aydır iti Bella ilə dənizin ortasında də “sürünən”, xilas olunmağı gözləyən kişi balıqçı gəmisini müşayiət edən helikopterin onu fərq etməsi ilə xilas olunub.

“...bacara biləcəyimi düşünmürdüm”

Uzun müddətdir çox az yemək yediyi üçün olduqca zəif görünən kişini müayinə edən həkimlər Şeddokun həyati göstəricilərinin normal olduğunu izah ediblər.

Bəs Şeddok 2 ay dənizin ortasında ilişib necə sağ qaldı? Bu suala o özü cavab verib.
"Mən sağam və bunu bacara biləcəyimi düşünmürdüm" deyən Şeddok özünü okeanı və təkliyi sevən sakit bir insan kimi təsvir edir.

Çiya balıqla qidalandı

Yelkənlə gəzməkdən həzz aldığını ifadə edən adam, “çiy balıq yeyərək sağ qaldı” xəbərini təsdiqləyərək, yaxşı bir tədarüklə yola çıxsa da, fırtınanın yemək bişirmə qabiliyyətini pozduğunu vurğulayıb.

Dənizin ortasında keçirdiyi dəhşətli vaxtlara baxmayaraq, yaxşı vaxtların da olduğunu bildirən Şeddok vaxtını bir şeyləri təmir edərək keçirdiyini və pozitiv qalmaq üçün tez-tez suya girdiyini bildirib.

“... itim məndən daha cəsurdur”

İki aylıq heçliyin ortasında yeganə yoldaşı olan iti Bellanı Meksikada tapdığını deyən dənizçi "Üç dəfə ona ev tapmağa çalışdım, amma o, yenə mənim ardımca düşdü. Bəlkə də buna görə mənim yaxamı buraxmadı, qəti deyə bilərəm ki, məndən daha cəsurdur” deyib.

Agentliklərin təqdim etdiyi fotolarda 54 yaşlı kişinin xilasetmə anları aydın görünür, həm Şeddok, həm də iti xoşbəxt görünürdülər.

Şeddokun qeyri-adi hekayəsi Tom Henksin baş rolda olduğu “Castaway” filminə bənzədilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar