Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada itkin düşən və oğurlanan uşaqların sayı məlum olub

"Bizdə olan məlumata əsasən, Rusiya müxtəlif bəhanələrlə Xarkov vilayətindən 450 uşaq çıxarıb. Onlar işğal nəticəsində yaranmış vəziyyətdən istifadə edərək uşaqlarımızı oğurlayıblar".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Snequbov bildirib.

"Doğrudur, uşaqların bir hissəsini geri qaytarmışıq. Söhbət təxminən 50 azyaşlıdan gedir. Digərlərinin təxminən yarısının – 200-ə yaxın uşağın harada olduğunu bilirik. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla birlikdə sistemli şəkildə işləyirik. Amma 150-200 uşağın harada olduğunu barədə məlumatımız yoxdur. Axtarışlarımız davam edir. Bu məsələni də həll etməliyik" - o, əlavə edib.

Müharibə cinayətlərinin aşkar edilməsi məşğul olan PAYBACK4UKRAİNE beynəlxalq hüquq layihəsinin direktoru Jane Əliyeva isə "Report"un Şərqi Avropa bürosuna Ukraynada müharibə müddətində uşaqlar ilə bağlı hadisələrin statistikasını açıqlayıb: "Rəsmi məlumata görə, Rusiya hərbçiləri bu günə qədər ümumilikdə 496 ukraynalı uşağı öldürüb. İşğalçıların raket hücumları, top atəşləri və digər hərbi cinayətləri nəticəsində 1 068 uşaq xəsarət alıb. Min azyaşlı itkin düşmüş hesab olunur.

Müharibə dövründə Rusiya hərbçiləri tərəfindən 18 yaşadək uşaqlara qarşı 13 cinsi zorakılıq faktı qeydə alınıb. Ukrayna hakimiyyəti Rusiya ordusu tərəfindən ölkədən qaçırılan 20 minə yaxın uşağın yerinin müəyyən edildiyini açıqlayıb.

Ümumilikdə yalnız 385 uşaq qeyri-qanuni deportasiyadan geri qaytarıla bilib və bu, əslində uşaq əsirliyidir. Xüsusilə qeyd etməliyəm ki, bizim Ukraynanın Mariupol və digər işğal olunmuş şəhərlərinə çıxışımız yoxdur, ona görə də təəssüf ki, real statistika əlimizdə olanlardan xeyli çoxdur.

Rusiya hökuməti bu yaxınlarda guya xilas etdiyi, əslində Ukraynadan oğurladığı 700 minə yaxın uşağın sayını elan etdi - qaçırdılar.

Dünya terrorçuları dayandırmaq və uşaqlarımızı evə gətirmək üçün hər şeyi etməlidir. Nəzərinizə çatdırım ki, PAYBACK4UKRAINE beynəlxalq hüquqi layihəmiz ukraynalı uşaqların qeyri-qanuni deportasiyası məsələsini çox diqqətlə öyrənir və bu işdə əli olan hər kəsi cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik" - o, vurğulayıb.

Poliqon.info


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar