Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan ilk dəfə olaraq Ukraynaya açıq şəkildə hərbi yardım göndərir

Bolqarıstan Ukraynaya hərbi yardım olaraq 100 ağır zirehli maşın göndərib...

Poliqon xəbər verir ki, bu barədə Bolqarıstanın "Euractiv" portalı məlumat yayıb. Portal yazır ki, bu, Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri Bolqarıstanın açıq şəkildə göndərdiyi ilk hərbi yardımdır.

“Biz dəyişməyə davam edirik - Demokratik Bolqarıstan”, deyə hakim koalisiyasından olan deputat İvaylo Mirçev texnikanın göndərildiyini açıqlayıb.

"Bu, Dirçəliş Prosesi (Bolqarlaşdırma) zamanı alınmış zirehli hərbi texnikadır və heç vaxt istifadə olunmayıb. Eyni zamanda, bunlar saxlama və texniki xidmət xərcləri tələb edir”, deyə İvaylo Mirçev bildirib.

"Bolqarlaşdırma" 1980-ci illərdə sosialist Bolqarıstan hökuməti tərəfindən həyata keçirilən məcburi assimilyasiya siyasətidir. Bu, ölkənin müsəlman azlığına qarşı bir sıra repressiv assimilyasiya kampaniyalarının kulminasiya nöqtəsi idi.

Hərbi yardım Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana səfərindən bir həftə sonra elan edilib. Bolqarıstan prezidenti Rumen Radev onunla danışıqlar zamanı ölkənin müdafiə qabiliyyətindən qorxduğu üçün Bolqarıstan ordusunun ehtiyatlarından hərbi texnikanın köçürülməsindən imtina etmədiyini bildirib.

Mart ayında "Euractiv" mənbələrə istinadən yazıb ki, iki il ərzində Bolqarıstan üçüncü ölkələr vasitəsilə Ukraynaya 1 milyard dollardan çox silah göndərib. Bolqarıstanın İqtisadiyyat Nazirliyi bildirib ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra bu ölkədə heç bir şirkətə Ukraynaya silah ixracı üçün icazə verilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar