Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN və DSX İmişlidə əməliyyat keçirib, 58 kq narkotik götürülüb - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş, qurudulmuş marixuana və 1030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib.

Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Seyid” adı şəxsin vasitəsilə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu Qaragüvəndikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”, - məlumatda qeyd olunub.

Poliqon.info 


Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Ən çox oxunanalar