Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə məhkəmə islahatlarına qarşı etirazlar olub, 70-dən çox adam həbs edilib

İsrailin hüquq-mühafizə orqanları kütləvi etirazlarda iştirak edən 70-dən çox vətəndaşı saxlayıb...

Poliqon xəbər verir kİ, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Etirazçıların təşkilatçıları 11 iyul çərşənbə axşamını “ədalət günü” adlandıraraq bütün ölkə boyu etirazlar keçiriblər. Onlar məhkəmə islahatlarının İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin yenidən müzakirələrə başlamasına qarşı çıxırlar. Gün ərzində bir çox şəhərlərdə nəqliyyatın hərəkəti dayandırılıb, bəzi şəhərlərarası yollar etirazçılar tərəfindən bağlanıb.

Nümayişçilər Təl-Əvivdə mərkəzi magistral yolu bağlayıblar. 100 000-dən çox insan birgə aksiyada məhkəmə islahatlarına qarşı çıxıb. Onlar Kaplan küçəsindəki hökumət binaları kompleksinin qarşısına toplaşıblar.

Polisin məlumatında bildirilir ki, etirazlarda 71 nümayişçi həbs edilib. Eyni zamanda, ictimai asayişi pozan 45 nəfər artıq sərbəst buraxılıb. İsrail polisi günün əvvəlindən ən gərgin bölgələrdə olub.

Daha bir irimiqyaslı etiraz ABŞ-ın Təl-Əvivdəki diplomatik missiyasına qarşı yönəlib. Etirazçılar ABŞ prezidenti Co Bayden administrasiyasını məhkəmə islahatlarını dayandırmaq üçün Netanyahuya təzyiqi artırmağa çağırıblar. Bundan əvvəl Ağ Ev rəhbəri dəfələrlə İsrail Baş nazirinin qərarına qarşı çıxıb və bu ideyadan əl çəkməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar