Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Naxçıvan” Universiteti İspaniya ali məktəbləri ilə əməkdaşlıq edəcək

Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə olub...

Teleqraf.com xəbər verir ki, 10-14 iyul tarixlərində baş tutan səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.

Bir həftə müddətində davam edəcək təlim-seminarların ilk günü Charles III Universintetində öz işinə başlayıb. Tədbirdə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb və İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndələr adından ispaniyalı həmkarları salamlayıb və sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. N.Məmmədli ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR layihəsi və digər beynəlxalq layihələrin xüsusi önəmindən bəhs edib.

Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov layihənin mühüm tərəfdaşlarından biri kimi İspaniya Rektorlar Konfransına öz təşəkkürünü bildirib və əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini qeyd edib.

Rektor təhsilin qarşısında duran mühüm vəzifələrdən söz açıb və bu məqsədlə beynəlmillələşmə və inteqrasiyanın yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Çıxışlardan sonra İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimat nümayiş etdirib və sualları cavablandırıb.

İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə məzmunlu təqdimatla çıxış edərək İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən, sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışıb.

Yekunda sual cavab sessiyası baş tutub, xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb.

Qeyd edək ki, səfərdə “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov və universitetin Tədris şöbəsinin müdiri, f.ü.f.d Anar Abuzərli iştirak edir. Eyni zamanda, səfər çərçivəsində “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrinin ikitərəfli inkişafı üçün yaxın gələcəkdə görüşlər də nəzərdə tutulub.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar