Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor nümayəndələrinin Şuşaya 9-cu səfəri gerçəkləşib

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələri növbəti dəfə mədəniyyət paytaxtımız Şuşaya səfər ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində doqquzuncu dəfə gerçəkləşən səfərdə 24 ölkədən gələn 100-dən çox diaspor nümayəndəsi iştirak edib.

Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün ev-muzeyinin, Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Səfərin sonunda diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər. Eyni zamanda onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Komitə 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust,9 oktyabr və 2 dekabr), 2022-ci ildə üç dəfə (26 iyul, 17 avqust, 7 sentyabr), 2023-cü ildə isə bir dəfə (29 iyun) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.

Poliqon.info 


Etiket: Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Ən çox oxunanalar