Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran generalı ölkəsinin İraqdakı təsirindən və rolundan danışıb...

İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin rəhbəri, briqada generalı Esmail Qaani İranın İraqda əhəmiyyətli təsirini açıq şəkildə etiraf edib...

Poliqon xəbər verir ki. bu barədə iyulun 5-də Shafaq News məlumat yayıb. Nəşr yazır ki, İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin rəhbəri özünün “təsir qatarı” adlandırdığı yeni addımları da müzakirə edib.

General Qaani İrandakı İslam inqilabının qlobal güc balansına dərin təsirini vurğulayaraq, Tehranın regionun dinamikasının formalaşmasında əsas rol oynadığını bildirib.

General Qaani vurğulayıb ki, İraqda ilkin idarə Amerika tərəfindən təyin edilmiş “hökmdar” tərəfindən həyata keçirilsə də, İraq hökuməti və parlamenti də zamanla müstəqil ola bilib və bu da İslam inqilabı və müqavimət mədəniyyətinin gücü ilə əlaqəlidir.

İran-1688589521.jpg" />

Tanınmış İran genaralı Yaxın Şərqdə Çinin artan rolunu da müzakirə edərək, Pekinin əvvəllər ABŞ-ın Yaxın Şərqdə dominantlıq etdiyi rolu öz üzərinə götürməyə başladığını qeyd edib.

Qaani İranın bu dəyişən güc strukturunda öz yerini tapmasını və təsirini genişləndirmək imkanlarından istifadə etməsinin vacibliyini vurğulayıb.

ABŞ-ın bölgədəki fəaliyyətinin azalmasına münasibət bildirən general Kaani deyib ki, Bayden administrasiyası Yaxın Şərq məsələlərindən geri çəkilməyə davam edir. O, İranın düşmən hesab etdiyi ABŞ-a müqavimət göstərməklə bağlı İranın mövqeyini bir daha təsdiqləyib.

İranlı general ABŞ-ın İrana yolu diktə etmək cəhdlərindən narahat olduğunu qeyd edib. O, İranın öz istiqamətini müəyyənləşdirməli olduğunu bildirərək, ölkənin regional siyasətini və təsirini formalaşdırmaqda xarici təzyiqlərə məruz qalmayacağını ifadə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ən çox oxunanalar