Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-sabit keçən hava və təsərrüfata dəyən ziyan... - Kompensasiya veriləcəkmi?

Müşahidə olunan qeyri-sabit hava şəraiti fonunda ölkədə fermer və kənd təsərrüfatına dəymiş zərəri kim ödəyəcək?..

İqtisadçı-ekspert: “Azərbaycanda ən ağrılı problemlərdən biri aqrar sahədə sığorta mədəniyyətinin, sığorta əlaqələrinin formalaşmamasıdır”.

“Burada dövlətin sahibkarlara və kənd təsərrüfatı ilə məşğul olanlara hansısa bir formada yardım etməsi mümkündür. Amma düşünmürəm ki, bu yardım hamıya şamil olunacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə qeyri-sabit hava şəraiti fonunda sahibkarlara dəyər ziyanın qarşılanmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi ölkədə son günlərdə hava şəraiti qeyri-sabit keçir və belə hava hələ davam da edəcək. Bəs müşahidə olunan qeyri-sabit hava şəraiti fonunda ölkədə fermer və kənd təsərrüfatına dəymiş zərərin qarşılanması üçün hansı addımlar atılmaldır? Sahibkarlara hansı güzəştlər edilməlidir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Çalışmaq lazımdır ki, dövlət stimullaşdırıcı qərar qəbul etsin və kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hamısının sahələrinin, təsərrüfatlarının sığortalanması, yaxud da sığorta mədəniyyətinin formalaşması üçün təşviqedici addımlara ehtiyac var”.

İlkin mərhələdə sığorta haqqının ödənməsinin bir hissəsini dövlət, bir hissəsini də sahibkarlar öz üzərinə götürə bilməsini nəzərə çatdıran ekspert Poliqon-a bildirib ki, bu yolla sığorta şirkətlərini stimullaşdırmaq olar:

Azərbaycanda ən ağrılı problemlərdən biri aqrar sahədə sığorta mədəniyyətinin, sığorta əlaqələrinin formalaşmamasıdır. Əslində, fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hava şəraitinə görə sığorta müqavilələri olmalıdır. Sadəcə, nə sığorta şirkətləri buna maraq göstərmir, nə də fermerlərin özləri ciddi şəkildə buna maraq göstərmirlər.

Nəticə etibarilə də, hava şəraiti və digər səbəblərdən məhsul itkisi olanda, böyük problemlər yaşananda fermerlər ziyana düşürlər. Burada dövlətin sahibkarlara və kənd təsərrüfatı ilə məşğul olanlara hansısa bir formada yardım etməsi mümkündür. Amma düşünmürəm ki, bu yardım hamıya şamil olunacaq. Buna görə də çalışmaq lazımdır ki, dövlət stimullaşdırıcı qərar qəbul etsin və kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hamısının sahələrinin, təsərrüfatlarının sığortalanması, yaxud da sığorta mədəniyyətinin formalaşması üçün təşviqedici addımlara ehtiyac var.

Natiq Cəfərli: “Sığorta şirkətlərində belə bir problemlər yaşanarkən ödənişlər edilməsi üçün, fermerlərin ziyanlarını qarşılamaq üçün bir sistem formalaşmalıdır”.

Yəni ola bilər ki, ilkin mərhələdə sığorta haqqının ödənməsinin bir hissəsini dövlət, bir hissəsini də sahibkarlar öz üzərinə götürsün. Bu yolla sığorta şirkətlərini stimullaşdırmaq olar. Eyni zamanda da, sığorta şirkətlərində belə bir problemlər yaşanarkən ödənişlər edilməsi üçün, fermerlərin ziyanlarını qarşılamaq üçün bir sistem formalaşmalıdır.

Mən məsələnin həllini bu yolda görürəm. Başqa cür bu məsələnin həlli açığı o qədər də aydın görünmür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar