Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buzovna sakinlərindən qayalıqda qanunsuz tikililərə etiraz - Foto

“Xəzər rayonu, Buzovna qəsəbəsində qayalıqda qanunsuz tikilən və hələ də sökülməyən evlər, obyektlər var”.

Bunu Oxu.Az-a açıqlamasında ekofəal, qəsəbə sakini Seyfulla Azər bildirib.

Onun sözlərinə görə, son 20 ildə bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, qədim qayalıqların üzərində evlərin tikilməsi və zibillənməsi olub:

“Bu illər ərzində bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib. Daha sonra biz dinc ekoloji aksiyalara başladıq və qayalıq əraziləri təmizlədik.

Həmin qanunsuzluqların aradan qaldırılması üçün qəsəbə sakinləri olaraq, Prezident İlham Əliyevə müraciət etdik. Ölkə başçısı göstəriş verdi ki, Buzovna qayalıqları qanunsuz tikililərdən azad edilsin.

2022-ci il iyun ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baxıb və ərazidəki qanunsuz evlərin sökülməsi barədə qərar verildi. Bu proses bir ay çəkmədi. Həmin qərar tam icra olunmadı.

Biz orada 40 iməclik keçirmişik və tək zibil yox, qurumların qanunsuz tikililəri sökəndə atdıqları ağır tullantıları da təmizləmişik və hələ də prosesi davam etdiririk”.

O qeyd edib ki, ərazidə doqquz qanunsuz zəbt olunan yer vardı:

“Bu səbəbdən həmin ərazidə olan altı yerə isə gediş-gəliş mümkün deyildi. Doqquz qanunsuz tikintidən cəmi üçü tam, ikisini yarımçıq söküldü.

Tikintidən dördü isə hazırda hələ də qayalıqların üstündə qalır. Ləpədöyəndə ev olar? Biz nə qədər çalışsaq da, səsimiz eşidilmir. Tələb edirik ki, qanunvericiliyə uyğun olaraq, Buzovnadakı sahil zolağı qanunsuz tikililərdən azad edilsin”.

Poliqon.info 


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar