Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəliyevlərə məxsus 3 böyük müəssisə fəaliyyətini dayandırır: Nə baş verir?

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, iş adamı kimi tanınan Şahmar Vəliyevə məxsus 3 iri müəssisə fəaliyyətini dayandırır...

Polqion xəbər verir ki, bu barədə məlumatla araşdırmaçı-jurnalist Hafiz Babalı çıxış edib. Onun yazdığına görə, bu müəssisələr Yevlax və Mingəçevirdə yerləşir.

Həmin müəssisələrin bağlanmasına dair elanlar dünən dərc olunub.

Birinci elan: “Yevlax Kənd Təchizat” ASC (VÖEN 2200077471) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

İkinci elan: “Yevlax-Mərkəzi Bazar” ASC (VÖEN 2200069371) bildirir ki, səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

Üçüncü elan: “Mingəçevir Maşın Təmir” ASC (VÖEN 2700235941) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 10:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.

Qeyd edək ki, bu 3 şirkətdən başqa Şahmar Vəlyevin Azərbaycanda digər şirkətləri də var. Ş.Vəliyev “Azneftemaş” ASC-nin, onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarıdır. Bundan başqa, R.Vəliyev daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir. (Qaynar.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar