Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Ermənistan arasında gərginlik suni şəkildə yaradılır?

Son zamanlar Yerəvan Moskva münasibətlərinin gərginləşdiyi hiss olunur...

Politoloq: “Ermənistanla Rusiya arasında gərginlik gah qalxır, gah da enir”.

“Ermənilər bəzən ruslara qarşı şantaj elementlərdən istifadə edirlər, bəzən də yaltaqlanırlar”.

Bu sözləri politoloq Qabil Hüseynli RusiyaErmənistan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Bu günlərdə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Laçın yolunda baş verən son insidentə görə nazirliyə dəvət olunub. Ermənistan-Rusiya münasibətlərinin son zamanlarda gərginləşdiyi hiss olunur.

Bəs bu gərginlik süni şəkildə yaradıla bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “RusiyaErmənistan arasında gərginlik olanda, bu gərginliyin suni surətdə yaradıldığı zənn edilir”.

Bu iki xalq arasındakı münasibətlərin bəlkə də, dünyadı analoqu olmayan bir münasibətlər olduğunu qeyd edən politoloq Poliqon-a bildirib ki, buna görə də həmin münasibətlərə dəqiq diaqnoz qoymaq o qədər də asan bir məsələ deyil:

Ermənistanla Rusiya arasında gərginlik gah qalxır, gah da enir. Bu iki ölkə arasındakı münasibətlər birdən-birə də çevrilib əməkdaşlıq forması alır. Yəni ikibaşlı oyunlar həm Rusiya tərəfindən, həm də Ermənistan tərəfindən həyata keçirilir. Buna görə də RusiyaErmənistanın münasibətlərində bəzən gərginlik olduğunu adam qəbul edə bilmir. Buna görə də RusiyaErmənistan arasında gərginlik olanda, bu gərginliyin suni surətdə yaradıldığı zənn edilir.

Əgər Ermənistanın baş naziri Nikol Paşinyan bir ayda 4 dəfə Rusiya prezidentinin qəbuluna gedirsə, iki ölkə arasında gərginlikdən söhbət gedə bilməz. Eyni zamanda da, liderlərin görüşündə hansı mövzuların müzakirə edildiyi təxmini edildiyində, bu zaman gərginlikdən yox, mehriban əməkdaşlıqdan, səmimi münasibətlərdən daha düzgün olardı.

Ermənilər ruslarla həmişə bu cür münasibətlərdə olub. Ermənilər bəzən ruslara qarşı şantaj elementlərdən istifadə ediblər, bəzən də yaltaqlanıblar. Ruslar da bu “ərköyün” uşaqlarının gah başını sığallayıblar, gah da yeri gələndə onlara təpiniblər. Bu iki xalq arasındakı münasibətlər bəlkə də, dünyadı analoqu olmayan bir münasibətlərdir. Buna görə də həmin münasibətlərə dəqiq diaqnoz qoymaq o qədər də asan bir məsələ deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar