Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs edilib - Foto

Narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs edilib...

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan DAF markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Lənkəran Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı üçün ondan müvafiq müayinədən keçməsi tələb edilib. Lakin sürücü, Lənkəran rayon sakini Orxan Ağazadə polis əməkdaşının qanuni tələbinə məhəl qoymadan nəqliyyat vasitəsini yüksək sürətlə, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə edərək oradan uzaqlaşsa da, bir qədər sonra saxlanılaraq müvafiq müayinədən keçirilməsi təmin edilib.

Onun psixotrop maddə istifadə etdiyi müəyyən olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs edilməklə 400 manat cərimə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar