Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin üsyan bayrağı – Putin “aşpaz”ının şıltaqlığına niyə dözür?..

Priqojin son günlər bütün Rusiya boyu “Vaqner: İkinci Cəbhə Xətti” adlı kampaniyanı təbliğ edən mitinqlər və mətbuat konfransları keçirir...

“Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin son həftələrdə Rusiyanın hərbi rəhbərliyini səriştəsizlikdə ittiham edərək açıq şəkildə tənqid edir.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazır.

Qəzet yazır ki, Rusiya Müdafiə nazirliyini tənqid etməyin və prezidentə meydan oxumağın imkansız olduğu ölkədə Priqojin açıq və üsyankar şəkildə bunu edir.

“Ordunu tənqid etməyin və prezidentə meydan oxumağın qeyri-qanuni olduğu ölkədə çoxları Vladimir Putinin Priqojinin bu davranışılarna niyə dözdüyünü sual edir. Ekspertlər deyirlər ki, Putin Priqojini təhlükə kimi qəbul etməyə və ya onun artan görünürlüğünün miqyasını tam başa düşməyə bilər. Priqojinin son məqsədi bəlli deyil”, deyə WP yazır.

Nəşr qeyd edir ki, Böyük ehtimalla Priqojin Putindən sonrakı Rusiyada digər oliqarxlara qarşı üstünlük əldə etmək üçün özünə siyasi platforma qazanmağa çalışır.

“Priqojinin mesajı ruslar arasında rezonans yaratmaq məqsədi daşıya bilər, amma onun uğurlu siyasi karyera şansı azdır. Bununla belə, Priqojinə qarşı istənilən repressiya onun tərəfdarlarını digər anti-Putin hərəkatları ilə birləşdirmək riski yaradar və bu, Putin rejimi üçün problemə çevrilə bilər”, deyə WP qeyd edir.

Nəşr yazır ki, Priqojinin son məqsədi hələ də bəlli deyil. İllərboyu o, kölgədə fəaliyyət göstərən yarımhərbi təşkilatın lideri kimi fəaliyyətini davam etdirib, Kremlin məqsədlərini bütün dünyada həyata keçirib. Bu yanaşma həmişə daha böyük məsuliyyət və siyasi risklər, eləcə də nominal hüquqi öhdəliklər gətirən rəsmi mövqeyə uyğun gəlmir. Ona görə də Priqojinin siyasi hakimiyyəti ələ keçirmə ehtimalı az inandırıcı görünür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar